Salome Samadaşvili - "Lelonun" təşəbbüsünə qatılıram, mən də Avropa Parlamenti üzvləri qrupuna Nika Meliyaya zaminlik xahişi ilə müraciət etdim
Salome Samadaşvili - "Lelonun" təşəbbüsünə qatılıram, mən də Avropa Parlamenti üzvləri qrupuna Nika Meliyaya zaminlik xahişi ilə müraciət etdim

Salome Samadaşvili bəyan edir ki, “Milli Hərəkatın” sədri, Nika Meliyanın Avropa parlamentinin zaminliyi ilə azad edilməsi barəsində “Lelonun” təşəbbüsünə qatılır.

“Ümid edirəm, Gürcüstan hakimiyyətinin iradəsi yetəcək və bu təkliflə razılaşacaq. “Lelonun” təşəbbüsünə qatılıram və mən də Avropa Parlamenti üzvləri qrupuna Nika Meliyaya zaminlik xahişi ilə müraciət etdim. Sözsüz ki, ona şəxsən zamin olmağa hazıram. Qeyd olunasıdır ki, razılaşmanın mətni Nikanın azad olunması üçün bütün mümkün yolları nəzərdə tutur, yalnız girov və amnistiyanı deyil”, – Salome Samadaşvili “feysbukda” yazır.

“Lelo” tərəfindən yayılan məlumata görə, partiya liderləri Avropa Parlamenti üzvlərinə təklif etdilər ki, Avropa Parlamenti üzvləri Nika Meliyaya zamin dursunlar ki, ona qərşı seçilən qtimkan təbiri dəyişdirilsin və meliya azad olunsun.