Salome Samadaşvili - "Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsinin qəbul olunacağı təqdirdə, Gürcüstan Avropa İttifaqına daxil olmaqla əlaqədar heç bir status ala bilməyəcək
Salome Samadaşvili - "Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsinin qəbul olunacağı təqdirdə, Gürcüstan Avropa İttifaqına daxil olmaqla əlaqədar heç bir status ala bilməyəcək

 

“Xalqın Gücü” tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsinin qəbul olunacağı təqdirdə, Gürcüstan Avropa İttifaqına daxil olmaqla əlaqədar heç bir status ala bilməyəcək-bu barədə müxalifətçi deputat Salome Samadaşvili açıqlayıb.

“Bu, o deməkdir ki, Moldova və Ukrayna üzvlük prosesinə başlayacaq, Gürcüstan bu prosesdən kənarda qalacaq və Avropa İttifaqı tərəfindən bizə status verilməyəcək. Həmçinin bu qanunun qəbulu o deməkdir ki, müstəqil media və qeyri-hökumət təşkilatları artıq ölkədə fəaliyyət göstərə bilməyəcək. Ölkədə seçkiləri müşahidə etmək üçün artıq resurs qalmayacaq. Bu qanun o deməkdir ki, harada yaşamağınızdan, kənddə və ya şəhərdə yaşamağınızdan asılı olmayaraq, Qərbin 30 il ərzində ayırdığı külli miqdarda vəsaitdən daha heç bir yardım görməyəcəksiniz. Bunun sizə şamil edilmədiyini düşünürsünüzsə, yanılırsınız. Bu qanun Gürcüstanın bütün vətəndaşlarına şamil edilir və ölkənin azad bir hissə olmaq şansını əlindən alır. Mən vətəndaşları aktiv olmağa çağırıram, çünki siz övladlarınızın gələcəyindən narahatsınızsa, bu qanun layihəsinin qəbulu böyük problemdir” – deyə Salome Samadaşvili açıqlayıb.