Salome Samadaşvili - Hesab edirəm ki, Avropa İttifaqı ölkəyə namizəd statusu verərkən səhvə yol verib və İvanişviliyə münasibətdə deoliqarxizasiya nə deməkdir deyə o qədər də aydın mesaj verməyib
Hesab edirəm ki, Avropa İttifaqı ölkəyə namizəd statusu verərkən səhvə yol verdi və İvanişviliyə münasibətdə deoliqarxizasiyanın nə demək olduğu ilə bağlı çox aydın mesaj vermədi və mənim fikrimcə, paralel rejimdə sanksiyalarla bağlı danışıqlar başlamalı idi ki, söhbətin nədən getdiyi hamıya aydın olsun, – “Lelo”nun üzvü Salome Samadaşvili “Formula” telekanalının efirində deyib.
Salome Samadaşvilinin qeyd etdiyinə görə, Qərbin mövqeyi çox aydın olmalı idi.
“Mən spekulyasiyalardan danışmağı xoşlamıram, xüsusən də beynəlxalq münasibətlərdə. Biz tez-tez görürük ki, yaşadığımız kövrək mühitdə bir çox qərarı proqnozlaşdırmaq çətindir. Qərarlar son anda verilir, amma mənə bir şey aydındır ki, mən bunu tez-tez demişəm və təkrarlayacağam – İvanişvili, onun rus oliqarx rejimi bu ölkənin Avropa gələcəyinə əsas maneədirsə, digər məsələlərlə yanaşı, Qərbin mövqesi çox aydın olmalıdır ki, bəli, biz gürcü xalqını, biz sizin ölkənizi təkcə Avropa İttifaqına gələcək üzvlük üçün imkanlar yaratmaqla deyil, həm də deoliqarxizasiya kimi bir addım atmağınıza kömək etməklə dəstəkləyirik. Deoliqarxizasiya bizim ölkədə İvanişvili hökumətinin dəyişdirilməsi deməkdir və İvanişvili bugün bunun baş verməməsi üçün mübarizə aparacağını bəyan edib”, – Salome Samadaşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev