Salome Samadaşvili - Avropa Şurasının iclasında ölkənin tərəqqisi ilə bağlı bir kəlmə belə deyilmədi, namizəd statusu üçün aktiv addımların atılmasına dair çağırışlara şahid olduq
Salome Samadaşvili - Avropa Şurasının iclasında ölkənin tərəqqisi ilə bağlı bir kəlmə belə deyilmədi, namizəd statusu üçün aktiv addımların atılmasına dair çağırışlara şahid olduq

 

Avropa Şurasının iclasında, faktiki olaraq, ölkənin tələblərin yerinə yetirilməsi baxımından hər hansı irəliləyiş əldə etdiyi barədə bir kəlmə belə deyilmədi, hərçənd namizəd statusu üçün aktiv addımların atılmasına dair çağırışlara şahid olduq-bu barədə “Lelo”nun üzvü Salome Samadaşvili açıqlayıb.

O bildirib ki, Avropadan Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində irəliləyişə nail olmaq üçün Saakaşvili məsələsinin həllinin vacib olacağına dair çağırışın olması olduqca ciddi mesajdır.

“Gürcüstanın namizəd statusu ilə bağlı müraciətinin böyük təhlükə altında olduğunu görürük. Avropa Şurasının iclasında, faktiki olaraq, ölkənin tələblərin yerinə yetirilməsi baxımından hər hansı irəliləyiş əldə etdiyi barədə bir kəlmə belə deyilmədi, hərçənd namizəd statusunu almaq üçün aktiv addımların atılmasına dair çağırışlara şahid olduq. Bundan irəli gələrək ölkənin Saakaşvili məsələsindən kənarda çoxlu problemləri var. Biz yenidən namizəd statusundan məhrum olmaq təhlükəsi ilə üz-üzəyik, lakin Saakaşvilinin vəziyyətinin mümkün ağırlaşması açıq şəkildə əlavə problemlər yaradır. Avropadan, ən nüfuzlu siyasi qrupun “Xalq Partiyası”nın nümayəndələrindən Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində irəliləyişə nail olmaq üçün Saakaşvili məsələsinin həllinin vacib olacağına dair çağırışın olması olduqca vacib, ciddi mesajdır, bu bir daha sübut edir ki, siyasiləşmiş ədliyyə sistemi, Saakaşvili və Qvaramia məsələləri namizəd statusunun əldə edilməsinə ciddi maneə olacaq” -deyə Salome Samadaşvili açıqlayıb.