Salencixa merin avtomobilinin yandırılması faktı üzrə istintaqa başlanıldı
Salencixa merin avtomobilinin yandırılması faktı üzrə istintaqa başlanıldı

Salencixa munisipalitetinin meri, Giorgi Xarçilavanın maşını yandı.

Meriyanın mətbuat xidmətində bəyan etdiklərinə görə, alovu Giorgi Xarçilavanın oğlu gördü və yanğınsöndürən-xilasedici xidmətini və polisi çağırdı.

DİN-in məlumatına görə, fakt üzrə istintaqa GCM-nin 187-ci maddəsi ilə başlanıldı. Maddə başqasının əmlakının zədələnməsini və ya məhv edilməsini nəzərdə tutur.