SakStatın məlumatına görə, biznes sektorundaki orta maaş artıb və 1 227 lariyə bərabər olub
Milli Statistika xidmətinin göstəriciləri ilə, Gürcüstanda 2020-ci ilin ilk kvartalında biznes-sektorunda işlə təmin edilənlərin orta sayı 684.4 nəfərdir və bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3.1 faizlə artıqdır.
İşlə təmin edilənlərin tam sayının 41.8 faizi qadındır, 58.2 faizi isə, kişi.
Bununla yanaşı, sakstatın hesabatında göstərilir ki, işlə təmin edilənlərin tam sayının 39.9 faizi iri biznesə gəlir, 20.7 faizi orta biznesə, qalan 39.4 faiz isə, – kiçik biznesə.
İşə alınanların tam sayı 640.5 min nəfəri təşkil edir, bu da keçən ilin müvafiq periodu ilə müqayisədə, – 3.4 faizlə artıqdır.
Müəssisələrin personal üçün tam xərcləri – 2 408.4 milyon lari ilə müəyyən edilir (keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.3 faiz ilə artıqdır)
Bununla yanaşı, 2020-ci ilin ilk kvartalında biznes sektorundaki orta maaşlar 1 227.0 lari oldu və keçən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 75.2 lari ilə artıb, qadınların maaşı – 957.5 lari oldu (keçən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 23.3 lari ilə artdı).
Müəssisələrin böyüklüyündən asılı olaraq orta maaşı – 1 293.7 lari, orta biznesdə – 1 404.9 laridir, kiçik biznes – 1 035.2 laridir.