Sakstat - oktyabr ayında ən çox tərəvəz bahalaşdı
Sakstat - oktyabr ayında ən çox tərəvəz bahalaşdı

Sakstatın bu gün açıqladığı hesabata görə, oktyabr ayında illik inflyasiya 12,8 faiz təşkil edib.

Milli Statistika İdarəsinin hesabatına görə, ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 18,4 faiz bahalaşıb. Sakstatın  məlumatına görə, oktyabr ayında ərzaq məhsullarının əksəriyyəti, tərəvəz və bağçılıq məhsulları illik müqayisədə 43,0 faiz bahalaşıb. Yağ  qiymətləri 31,6 faiz artıb. Çörək  məhsullarının qiymətləri 19,4 faiz bahalaşıb. Süd, pendir və yumurta isə 18,2 faiz bahalaşıb. Qənd, mürəbbə və digər şirniyyatların qiymətləri isə 18,0 faiz bahalaşıb. Balıqçılıq 16,0 faiz artıb. Mineral və bulaq sularının, alkoqolsuz içkilərin və təbii şirələrin qiymətlərində 13,0 faiz artım müşahidə olunub. Ət və ət məhsulları 11,2 faiz, meyvə və üzüm 9,3 faiz, qəhvə, çay və kakao 6,4 faiz bahalaşıb.