May ayında ölkə iqtisadiyyatı 7,5% ilə artdı – bu barədə məlumatı Gürcüstanın milli statistika departamenti yayır.
“İlkin dəyərləndirmələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, 2018-ci ilin may ayında tam real daxili məhsulun artım tempi 7.5 faiz təşkil etdi, 2018-ci ilin ilk ilk beş ayının orta real artımı isə, 6.1 faiz idi.
Əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım nəqliyyat sənayesi, ticarət, maliyyə fəaliyyəti, mehmanxana və restoran sahələrində müşahidə olunur” – deyilir Gürcüstanın statistika departamentinin məlumatında.