Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ilin may ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 2,5 faiz artıb.
MSX-nin məlumatına əsasən, sözügedən dəyişiklik əsasən tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 9,0 faiz artması ilə əlaqədar olub. Bu da ümumi indeks dəyişikliyinə 2,55 faiz bəndi töhfə verib.
Bundan əlavə, agentliyin məlumatına əsasən, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 8,2 faiz artıb. İndeksin artımı əsasən tikinti sahəsində çalışan işçilərin orta aylıq nominal əmək haqqının 17,1 faiz artması hesabına baş verib. Bu da indeksin ümumi dəyişməsində 4,67 faiz bəndi töhfə verib.