Sakstat - İqtisadiyyat 2021-ci ilin dekabrında 9,6 faiz artıb, 2021-ci ildə orta real artım isə 10,6 faiz olub
Milli Statistika İdarəsinin ilkin hesablamalarına görə, 2021-ci ilin dekabr ayında real ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.
2021-ci il üçün orta real artım 10,6 faiz səviyyəsində müəyyən edilib.
Sakstat-ın məlumatına görə, 2021-ci ilin dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal, nəqliyyat və anbar təsərrüfatı, ticarət, mehmanxana və restoranlar, elektrik enerjisi, qaz, buxar və kondisioner, daşınmaz əmlak, incəsənət, əyləncə və istirahət sahəsində artım olub. Tikinti sektorunda azalma tendensiyası müşahidə olunub.