Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstanda malların xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət istisna olmaqla) 12 828,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricilərindən 25,2 faiz çoxdur.
Burdan, ixrac 3 822,3 mln. ABŞ dolları (26,7 faiz çox), idxal isə 9 006,0 mln. ABŞ dolları (24,5 faiz artıb) olub. Mənfi ticarət balansı 2021-ci ilin yanvar-noyabr aylarında 5 183,6 mln. ABŞ dolları olub və xarici ticarət dövriyyəsinin 40,4 faizini təşkil edib.