Sakstat- 2022-ci ilin yanvar ayında Gürcüstanda xarici ticarət dövriyyəsi 41,1 faiz artıb
Sakstat- 2022-ci ilin yanvar ayında Gürcüstanda xarici ticarət dövriyyəsi 41,1 faiz artıb

 

Milli Statistika Xidmətinin ilkin göstəricilərinə görə, 2022-ci ilin yanvar ayında Gürcüstanda malla xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət istisna olmaqla) 1 109,4 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,1 faiz çoxdur. Sakstat-ın məlumatına görə, bu göstəricidən 331,3 milyon ABŞ dolları ixrac olub, yəni ( 47,6 faiz çox), idxal isə 778,1 mln. ABŞ dolları və ya 38,5 faiz çox olub.

2022-ci ilin yanvar ayında mənfi ticarət balansı 446,7 mln. ABŞ dolları olub və xarici ticarət dövriyyəsinin 40,3 faizini təşkil edib.