Sakstat - 2021-ci ilin yanvar-martında Gürcüstan üçün ən iri ixrac ölkəsi Çin idi, ən böyük idxalçı isə, Türkiyə idi
2021-ci ilin yanvar-martında on ən iri ekport ölkənin payı Gürcüstanın bütöv idxalında 76.7 faizi təşkil etdi. Gürcüstanın xarici ticarəti barəsində ilkin göstəriciləri Gürcüstan Milli Statistika Xidməti yayır.
Milli Statistika Xidmətinin məlumatına əsasən, eksport üçlüyündə birinci yerdə 109.8 milyon ABŞ dolları ilə Çindir, ikinci yerdə 109.5 milyon ABŞ dolları ilə Rusiyadır, üçüncüdə 104.6 milyon ABŞ dolları ilə Azərbaycandır.
İlkin göstəricilərlə, 2021-ci ilin yanvar-martında on ən iri idxalçı partnyor ölkənin payı Gürcüstanın bütöv idxalında 71.5 faizi təşkil etdi. Üçlüyə daxildilər: Türkiyə – 343,3 milyon ABŞ dolları, Rusiya – 220.4 milyon ABŞ dolları və Çin – 182,8 milyon ABŞ dolları. Milli Statistika Xidmətinin məlumatına əsasən, 2021-ci ilin yanvar-martında on ən iri ticarət partnyor ölkənin payı Gürcüstanın bütöv idxalında 72.2 faizi təşkil etdi.
Ölkənin ən iri ticarət partnyorlarıdır: Türkiyə – 419,0 milyon ABŞ dolları, Rusiya – 329,8 milyon ABŞ dolları və Çin – 292,6 mln. ABŞ dolları.