Sakstat- 2021-ci ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə yerli ziyarətçilərin sayı 20,1 faiz artıb
Sakstat- 2021-ci ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə yerli ziyarətçilərin sayı 20,1 faiz artıb

 

Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin üçüncü rübündə Gürcüstan ərazisində yaşı 15 və daha yuxarı olan yerli ziyarətçilərin orta aylıq sayı 1379,3 min müəyyən edilib ki, onlar tərəfindən də ölkə ərazisində həyata keçirilmiş orta aylıq səfər sayı 1574,1 min ədəd təşkil edib. Sözü gedən dövr ərzində ziyarətçilərin sayı 2020-ci ilin üçüncü rübünün müvafiq göstəricisindən 20,1 faiz çoxdur.

Sakstat-ın məlumatına görə, cari ilin üçüncü rübündə Gürcüstanın rezident ziyarətçiləri tərəfindən Gürcüstan ərazisində həyata keçirilmiş turistik tipli səfərlərinin orta aylıq sayı 813,5 min müəyyən edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,6 faiz çoxdur. Hesabat dövründə ziyarətçilərin 38,2 faizi 31-50 yaş qrupuna aid olub. Bununla yanaşı, qadınlar ziyarətçilərin ümumi sayının 55,4 faizini təşkil edib.

Tədqiqatın nəticələrinə əsasən, ziyarətçilərin 45,1 faizi Tbilisi sakinləridir, 12,2 faizi İmereti, Raça-Leçxumi və Kvemo Svaneti regionlarının, 11,2 faizi Kvemo Kartli regionunun üzərinə düşür, qalan regionların isə strukturda nisbətən aşağı payı var.

Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin üçüncü rübündə ziyarətlərin əksəriyyəti, 41,0 faizi dostlar və qohumların ziyarət edilməsi üçün həyata keçirilib. Ən çox səfər isə Tbilisi və İmereti bölgəsinə edilib.

Sakstat-ın məlumatına görə, 2021-ci ilin üçüncü rübündə həyata keçirilən səfərlər zamanı orta aylıq xərclərin həcmi 320,7 milyon lari müəyyən edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,3 faiz çoxdur. Bununla yanaşı, səfərlə bağlı orta xərc 22,0 faiz artaraq 203,8 lariyə bərabər olub.