Sakstat - 2021-ci ilin ilk üç rübündə Gürcüstanda baş verən yol qəzalarında 305 nəfər həlak olub
Sakstat - 2021-ci ilin ilk üç rübündə Gürcüstanda baş verən yol qəzalarında 305 nəfər həlak olub

Milli Statistika İdarəsinin məlumatına görə, 2021-ci ilin ilk üç rübündə Gürcüstanda baş verən yol qəzalarında 305 nəfər həlak olub. Ümumilikdə, ölkədə 4335 yol qəzası baş verib. Bunlardan 123 hadisə sərxoşluq nəticəsində baş verib, 5746 nəfər zərər çəkib.

Eyni zamanda, Sakstat-ın məlumatına görə, 2021-ci ilin ilk üç rübündə ölkədə 9137 yanğın hadisəsi qeydə alınıb, nəticədə 33 nəfər vəfat edib, 122 nəfər xəsarət alıb. Yanğınlar nəticəsində ölkə üzrə 330 bina məhv olub.

Sakstatın məlumatına görə, bu ilin ilk üç rübündə treffikinq maddəsi ilə doqquz cinayət törədilib, onlardan beşi Daxili İşlər Nazirliyi tərəfindən açılıb.