Sakstat- 2021 -ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə tikinti materiallarının qiyməti 17,2 faiz artıb
Sakstat- 2021 -ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə tikinti materiallarının qiyməti 17,2 faiz artıb

 

Milli Statistika Xidmətinin məlumatına görə, tikinti dəyəri indeksi əvvəlki rüblə müqayisədə 8,2 faiz artıb.

Sakstatın məlumatına görə, sözü gedən dəyişiklik, əsasən, tikinti sektorunda çalışanların orta aylıq nominal əmək haqqının 20,6 faiz artması ilə əlaqədardır ki, bu da ümumi indeksdəki dəyişikliyə 5,15 faiz bəndi əlavə edib.

Tikinti dəyəri indeksi əvvəlki ilin müvafiq rübü ilə müqayisədə 16,8 faiz artıb. İndeksin artımı əsasən tikinti materiallarının qiymətinin 17,2 faiz artması hesabına baş verib ki, bu da ümumi indeksin dəyişməsinə 10,08 faiz bənd ilə öz əksini tapıb.