Sakrebulo 2020-ci ilin paytaxt büdcəsindəki dəyişiklikləri təsdiqlədi
Tbilisi Sakrebulosunun (Şəhər İcra Hakimiyyəti) bugünki görüşündə 2020-ci ilin paytaxt büdcəsi təsdiqləndi.
Bu dəyişikliklərlə Tbilisinin əsas maliyyə sənədi, Maliyyə Nazirliyindən ayrılan transferlə 20 milyon lari ilə artacaq.
Məsələyi şəhər icra hakimiyyətinin bugünki iclasında meriyanın maliyyə xidmətinin rəhbəri Qaioz Talakvadze təqdim etdi.
Onun dediyinə görə, bu məbləğ gələn ildə, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün xərclənəcək.
Sənəd gizli səs vermə nəticəsində təsdiqləndi.