"Saknaxşiri" nümayəndəsinin məlumatına görə, şaxtada vəziyyəti ağırlaşan iki işçiyi oradan çıxardacaqlar
"Saknaxşiri" nümayəndəsinin məlumatına görə, şaxtada vəziyyəti ağırlaşan iki işçiyi oradan çıxardacaqlar

“Saknaxşiri” şirkətinin təhlükəsizlik xidmətinin nümayəndəsi Avtandil Boçorişvilinin məlumatına görə, şaxtada vəziyyəti ağırlaşan iki işçiyi oradan çıxardacaqlar və onların yerinə, rotasiya nəticəsində, şaxtaya iki yeni işçi düşəcək.

Onlara yemək verilmək məsələsinə gəlincə isə, Boçorişvili bəyan edir ki, şaxtadan çıxardıldıqdan sonra yemək də veriləcək.

“Sağlamlıq vəziyyətləri normaldır. Onların yerinə şaxtaya iki işçi göndərdik. Oradan çıxdıqdan sonra, onlara yemək də veriləcək” – dedi Boçorişvili.

Tkibulidə Dzidziquri adına şaxtanın 11 işçisi 24 saatdan artıqdır aclıq elan edib. Onlar maaşlarının tam şəkildə verilməsini tələb edirlər.