MSX - 2022-ci ildə Gürcüstanda QİÇS və vərəmə yoluxma halları artıb
Milli Statistika Xidməti səhiyyə ilə bağlı 2022-ci il üçün rəqəmləri açıqlayıb. Hesabatda qeyd edildiyi kimi, 2022-ci ildə QİÇS-ə yeni yoluxma hallarının sayı 617 vahid təşkil edib ki, bu da 2021-ci ilin analoji göstəricisindən 16,4 faiz çoxdur, QİÇS-ə yoluxanların ümumi (kumulyativ) sayı isə 9779 vahid müəyyən edilib. 2022-ci ildə QİÇS-dən 140 ölüm halı qeydə alınıb.
Bundan əlavə, 2022-ci ildə əhalinin vərəmlə xəstələnməsi 7 vahid artaraq 1654 vahid təşkil edib. Yeni halların sayı 3,5 faiz azalıb. Son onillikdə vərəmlə ən yüksək göstərici 2013-cü ildə (4318 nəfər) qeydə alınıb.