Şakaraşvilinin işinin prokurorunun bəyan etdiyinə görə, Gürcüstanda cinayət işi üzrə yalan detektorunun istifadəsi praktikası mövcud deyil
Şakaraşvilinin işinin prokurorunun bəyan etdiyinə görə, Gürcüstanda cinayət işi üzrə yalan detektorunun istifadəsi praktikası mövcud deyil

Gürcüstanda cinayət işi üzrə yalan detektorunun istifadəsi praktikası mövcud deyil, – bu barədə Şakaraşvilinin işi üzrə müttəhimlərin vəkillərinin sualına cavab olaraq işin prokuroru, David Ğazaraşvili bəyan etdi.

Onun dediyinə görə, Cinayət Prosesual Məcəlləsi bu cür instintaq və ya prosesual hərəkəti tanımır.

“Yalan detektoru Gürcüstanda hüququ baxımından mövcud deyil, qeyd olunan detektor istifadə olunmayıb. Cinayət Prosesual Məcəlləsi bu cür instintaq və ya prosesual hərəkəti tanımır.

Cinayət Prosesual Məcəlləsi ittihamçı tərəfinə, eləcə də müdafiə tərəfinə hüquq verir ki, müstəqil şəkildə istənilən istintaq hərəkətini keçirsin. Buradan irəli gələrək, əgər reallığa müvafiq olsa, özləri bunu edə bilərlər”, – David Ğazaraşvili bəyan etdi.