"Sakaeronavigatsia" - "İran Air" hava yolu şirkəti Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilənlər siyahısında deyil və müxtəlif Avropa ölkələrinə uçuşlar həyata keçirir
"Sakaeronavigatsia" - "İran Air" hava yolu şirkəti Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilənlər siyahısında deyil və müxtəlif Avropa ölkələrinə uçuşlar həyata keçirir

 

Çikaqo Konvensiyasına əsasən, Gürcüstanın hava məkanında bu və ya digər dövlət reestrində qeydiyyatda olan mülki hava gəmisinin uçuşu uçuş planı əsasında həyata keçirilir və aviasiya orqanının icazəsi tələb olunmur – deyə “Sakaeronavigatsia”nın məlumatında bildirilir.

“Sakaeronavigatsia” sentyabrın 4-də İran aerodromlarının birindən havaya qalxan təyyarənin Gürcüstan ərazisindən keçməklə Moskvaya uçması ilə bağlı məlumata münasibət bildirir.

“Sakaeronavigatsia”nın açıqlamasına əsasən, İranın “İran Air” aviaşirkəti sərnişin hava daşımaları ilə yanaşı, Avropa ölkələri də daxil olmaqla, dünyanın 71 istiqamətinə yük uçuşları həyata keçirir.

“Aviaşirkət Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilənlər siyahısında deyil, o cümlədən hazırda aviaşirkət müxtəlif Avropa ölkələri istiqamətlərinə uçuşlar həyata keçirir. Qeyd olunan məlumat İnternet platformalarında (Flightradar24.com, Flightaware.com) mövcuddur. Onlar real vaxt rejimində uçuş izləmə və tam uçuş tarixçəsi və məlumatların axtarışını təmin edir.

Kütləvi informasiya vasitələrində yalan məlumatların tirajlandığı konkret uçuşla bağlı nəzərinizə çatdırırıq ki, “Sakaeronavigatsia”da Eurocontrol-dan daxil olan uçuş planına əsasən, aviaşirkətin bort reysinin başlanğıc nöqtəsi mülki hava limanı olan Ermənistanın İrəvan şəhəri, Zvartnotsdur (şifrə: UDYZ).

Çikaqo Konvensiyasına əsasən, Gürcüstanın hava məkanında bu və ya digər dövlət reestrində qeydiyyatda olan mülki hava gəmisinin uçuşu uçuş planı əsasında həyata keçirilir və aviasiya orqanının icazəsi tələb olunmur” – deyə açıqlamada bildirilir.