Saçxere-Uzunta-Şkmeri-Zudali yolunun 22-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
Həyata keçirilən təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Saçxere-Uzunta-Şkmeri-Zudali avtomobil yolunun 22-ci km-də bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib- bu haqda Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.
Sözügedən hissədə intensiv yağıntılar nəticəsində yaranan sürüşmə prosesləri ilə əlaqədar torpaq-daş kütləsi yola yuvarlanmışdı, bu səbəbdən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilmişdi.