Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti yolunun zədələnmiş hissəsində müvəqqəti körpünün qurulması işlərinə başlanılıb
Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti yolunun zədələnmiş hissəsində müvəqqəti körpünün qurulması işlərinə başlanılıb

 
Daxili dövlət əhəmiyyətli Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti avtomobil yolunun 32-ci km-də müvəqqəti körpünün qurulmasına başlanılıb-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.

Hazırda müvəqqəti körpünün konstrukiyası və xüsusi texnika səfərbər olunur.

Paralel rejimdə layihə qrupu zədələnmiş hissədə işləyir və onların rəyindən sonra körpünün bərpası işlərinə başlanılacaq. Əraziyə ağır texnika da səfərbər olunub.

Sentyabrın 11-də Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti avtomobil yolunun 32-ci km-də mövcud körpü və yolun hərəkət hissəsi zərər görüb və bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Müvəqqəti körpünün qurulması dövründə yüngül avtonəqliyyat vasitələri yerli yoldan (Buknari-Naqomari dolama yolu), qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri və yük avtomobilləri isə beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolundan istifadə etməklə hərəkət edəcəklər.