Sacad Karim - Gürcüstan üçün Avropa bazarı və sərhədləri açıqdır, bu razılaşmaları fantastik nailiyyət adlandırırıq
Gürcüstan üçün Avropa bazarı və sərhədləri açıqdır, bu razılaşmaları fantastik nailiyyət adlandırırıq, – bu barədə bəyanatı avroparlamentar, Asosiyasiya parlament komitəsinin həmsədri Sacad Karim verdi.
“Bir neçə il bundan əvvəl, əməkdaşlığın bu səviyyəsi haqqında söhbət ediləcəyi kimsənin ağlına gəlməzdi. Biz həqiqətən də böyük yolu keçdik və oraya gəldik ki, Gürcüstan asosiasiyalı üzvdür və onun üçün Avropa bazarları və sərhədləri açıqdır. Bu Gürcüstan tərəfindən keçirilən islahatlar vasitəsi ilə və gürcü xalqının istəyi ilə mümkün oldu. Gürcüstanla çox əhəmiyyətli və müvəffəqiyyətli əməkdaşlığımız var. Bundan sonra və daha da irəli getmək və gələcək tərəqqi üçün daha çox şey etmək var planımızda” – dedi Sacad Karim.
Avroparlametin plenar iclasında bugün Gürcüstan tərəfindən Asosiasiya Razılaşmasının yerinə yetirilməsi haqqında hesabat müzakirə olundu.
Hesabatın müəllifi avroparlamentar Andres Mamkinsdir.