Sairmedə "Sairme Mineral Waters" şirkətinin işçiləri tətilə başlayıblar
Sairmedə “Sairme Mineral Waters” şirkətinin işçiləri tətilə başlayıblar. Onlar əmək haqqının 30 faiz artırılmasını və təhlükəsiz iş şəraiti tələb edirlər.
İşçilər müəssisədə antisanitariyanın hökm sürdüyünü və əmək haqqının gündə cəmi 44 lari olduğunu bildiriblər. “Labor” sənaye, kənd təsərrüfatı və ticarət həmkarlar ittifaqı müəssisə işçilərinin tətilinə qoşulub.
Həmkarlar İttifaqının sədri Qiorqi Diasamidze tələblər yerinə yetirilməyənə qədər tətilin davam edəcəyini bildirib. Müəssisədə 30 nəfər işlə təmin olunub.
Gürcüstanın Birinci Kanalı şirkətin administrasiyası ilə əlaqə saxlayıb, şirkətdə günün ikinci yarısında şərh veriləcəyi açıqlanıb.