"Sairme Mineral Uoters"-in tətil edən işçiləri hakimiyyət nümayəndələri ilə görüş tələb edirlər
"Sairme Mineral Uoters"-in tətil edən işçiləri hakimiyyət nümayəndələri ilə görüş tələb edirlər

“Sairme Mineral Uoters”-in tətil edən işçiləri hakimiyyət nümayəndələri ilə görüş tələb edirlər. Şirkətdə işçilərin tələbləri dəyişməzdir. Tətilçilər əmək haqlarının 30 faiz artırılması ilə yanaşı, iş şəraitinin yaxşılaşdırılmasını, təhlükəsiz iş şəraitinin yaradılmasını və müəssisənin texniki düzəldilməsini tələb edirlər.

“Labor” həmkarlar ittifaqının sədri zavodun yaxınlığında aksiya iştirakçılarının yanındadır. Giorgi Diasamidze bəyan edir ki, hökumət nümayəndələri prosesə qarışmasalar, etirazın ağır formasına əl atacaq və yolu bağlayacaqlar.

“Sairme Mineral Uoters”-in tətil edən işçilərinə “Borcomi” şirkətinin əməkdaşları da qoşuldular.