“Sairme Mineral Uoters”-in tətil edən işçiləri bəyan edirlər ki, tələbin təmin olunmasına qədər etirazı dayandırmağı planlaşdırmırlar
“Sairme Mineral Uoters”-in tətil edən işçiləri bəyan edirlər ki, tələbin təmin olunmasına qədər etirazı dayandırmağı planlaşdırmırlar

Sairmedə, “Sairme Mineral Uoters”-in tətil edən işçilərinin bugünki aksiyası başa çatdı. Aksiya işçiləri hakimiyyət nümayəndələri ilə görüş tələb edirdilər. Bu tələblə onlar bir neçə dəfə Sairme yolunu bağladılar, nəticədə hüquqmühafizəçilər və aksiya iştirakçıları arasında fiziki qarşıdurma baş verdi. Zavodun bir əməkdaşı xəsarət aldı, onu təcili tibbi yardım briqadası apardı.

“Sairme Mineral Uoters”-in tətil edən işçilərinə “Borcomi” şirkətinin əməkdaşları və müxtəlif həmkarlar ittifaqı üzvləri də qoşuldular. “Labor” həmkarlar ittifaqının sədri zavodun yaxınlığında aksiya iştirakçılarının yanında idi, hansı da bəyan etdi ki, 3 martda geniş miqyası aksiya keçiriləcək.

Tətilin 14-cü günündə  işçilərin tələbləri dəyişməz qalır. Tətilçilər əmək haqlarının 30 faiz artırılması ilə yanaşı, iş şəraitinin yaxşılaşdırılmasını, təhlükəsiz iş şəraitinin yaradılmasını və müəssisənin texniki düzəldilməsini tələb edirlər.

Onlar bəyan edirlər ki, tələbin təmin olunmasına qədər etirazı dayandırmağı planlaşdırmırlar.