Şair, tərcüməçi Qivi Şahnazar dünyasını dəyişib. Bu haqda məlumatı Yazıçılar Evi yayır.
Qivi Şahnazar 1933-cü ilin avqustun 23-də Tbilisidə anadan olub. TDU-nun şərqşünaslıq fakültəsini bitirib (1951). 1984-1987-ci illərdə Tbilisinin Erməni Dram Teatrının bədii rəhbəri olub; Dövlət Şurasının üzvü olub (1992) ; 1997-ci ildən Gürcüstanın Dövlət Dəftərxanasının millətlərarası münasibətlərin əhvali-ruhiyyəsi üzrə referentidir (məruzəçi). Tbilisinin fəxri vətəndaşı olub (2015).
Gürcü dilinə ilk tərcümələrini 1952-ci ildə nəşr etdirmişdir. Əsas əsərləri: Saiatnovanın “Şeirlər” (1972), P. Sevakın “Qoy işıq olsun” toplusu (1978), K. Voitilanın “Zərgər emalatxanasının qarşısında” dramı (2000). Qivi Şahnazar erməni şairlərini gürcü dilində səsləndirdi – Q. Narekatsın, A. İsaakianın, E. Çarentsinin, V. Terianın, H. Şirazinin, S. Kaputikianın, A. Sahianın şeirləri. Şahnazar abxaz və osetin poeziyasının tərcüməçisidir, A. Papaian, P. Zutunçinian, J. Arutinianın pyeslərinin tərcümələri ona aiddir.
Eğişe Çarentsi (1998) və İvane Maçabeli (1993) adına premiyaları alıb; 1998-ci ildə Fritiof Nansen adına beynəlxalq premiyaya layiq görülüb. “Şərəf” ordeni (1997) və “Tbilisiyə Sadiqlik” ordeni (2000) ilə təltif edilib. Həmçinin, “Saquramo” mükafatı (2012) və Cemal Aciaşvili premiyasının (2020) laureatıdır.
“Yazıçılar Evi Qivi Şahnazarın ailəsinə və şairin yaradıcılığının pərəstişkarlarına başsağlığı verir” – Yazıçılar Evi tərəfindən sosial şəbəkədə yayılmış məlumatda qeyd olunub.