Daxili İşlər Nazirliyi tərəfindən Sərhəd Polisinin Sahil Mühafizəsi İdarəsinə 9 ədəd yeni avtomobil təhvil verilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, avtomobillərin təhvil verilməsi mərasimində Gürcüstan Sərhəd Polisinin rəisi Nikoloz Şaradze iştirak edib.
“Bu avtomobillər Daxili İşlər Nazirliyinin avtomobil parkının yenilənməsi layihəsi çərçivəsində patrul gəmilərinin və katerlərinin ekipajlarına verilib.
Gürcüstan Sahil Mühafizəsinin avtomobil parkının yeniləşdirilməsində məqsəd fəaliyyətin səmərəliliyini artırmaq və rahat iş şəraiti yaratmaqdır” – qurumun məlumatında qeyd olunur.