Sahibkarlıq subyektləri güzəştlərdən istifadə etmək üçün Tbilisi Meriyasına 1 aprelədək müraciət etməlidirlər
Tbilisi Meriyası tərəfindən təsis olunmuş güzəştlərdən istifadə etmək üçün sahibkarlıq subyektləri Tbilisi Meriyasına 1 aprelədək müraciət etməlidirlər, – bu barədə paytaxtın meri, Kaxa Kaladze bəyan etdi.
Kaladzenin dediyinə görə, güzəştlərə pandemiya dövründə icarə vergisindən azad olmaq, buraxılmış müddətin müddət kimi bərpası və sanksiyaların silinməsi daxildir.
“Biznesə dəstək proqramı mənim seçki vədlərimdən biri idi və biz onu həyata keçirməyə başlayırıq. Bu mindən çox sahibkarlıq subyekti üçün bir sıra dəstək tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Proqrama qoşulmaq istəyənlərə müraciət etmək istəyirəm ki, bu imknadan yararlansınlar. Sahibkarlıq subyektləri güzəştlərdən istifadə etmək üçün Tbilisi Meriyasına 1 aprel’d’k müraciət etməlidirlər”, – Kaladze bəyan etdi.