İt və pişiyin sahibi tərəfindən tərk edilməsi inzibati cərimə ilə nəticələnə bilər. Müvafiq dəyişikliklər “Vətəndaşlar” partiyasının liderləri Levan İoseliani və Aleko Elisaşvilinin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə daxil edilib.
Dəyişikliklərə əsasən, sahibi tərəfindən qeydiyyata alınan it və ya pişiyi tərk etməyə görə sahibi 500 lari, hüquqi və ya fərdi sahibkar isə 1500 lari məbləğində cərimə olunacaq.
Lakin layihəyə əsasən, sahibi tərəfindən it və ya pişiyi təkrar tərk etdikdə sahibi 1000 lari, sahibi hüquqi şəxs və ya fərdi sahibkar isə 3000 lari məbləğində cərimələnəcək.
“Evsiz heyvanların (it və pişiklər) sayının artmasında mühüm amillərdən biri də sahiblərinin heyvanları tərk etməsidir. Son zamanlar heyvanlara qulluq etmək öhdəliyi daşıyan sahiblərin heyvanları tərk etməsi halları tez-tez baş verir və bunun prevensiya mexanizmi yoxdur.
Qanun layihəsinin məqsədi mövcud qanunvericilikdə ev heyvanı sahibinin heyvanı küçədə tərk etməsinin qarşısını alacaq önləyici mexanizm müəyyən etməkdir”, – deyə qanun layihəsində deyilir.