Sahə İqtisadiyyatı Komitəsi birinci oxunuşda tikintiyə icazə haqqının mərhələli şəkildə artırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü dəstəkləyib
Sahə İqtisadiyyatı Komitəsi birinci oxunuşda tikintiyə icazə haqqının mərhələli şəkildə artırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü müzakirə edib.
İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvili, Eka Sepaşvili, Bejan Tsakadze, İrma Zavradaşvili, Ramina (Rima) Beradze, Nino Tsilosani, Levan Mqaloblişvili və Qoça Enukidzenin qanunvericilik təşəbbüsünü həmkarlarına təqdim edib.
“Tikintiyə icazənin verilməsi həm maddi, həm də insan resursları ilə bağlı müvafiq inzibati resursla əlaqəlidir. Layihənin qəbul edildiyi təqdirdə, inzibati orqanlara büdcədə daha çox resursları səfərbər etmək imkanı veriləcək ki, bu da icazənin verilməsinin inzibatçılıq prosesini daha effektiv edəcək” -deyə İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Davit Sonğulaşvili açıqlayıb.
O bildirib ki, icazə üçün rüsum 4 laridən 10 lariyə, kurort zonasında sənaye obyektinin tikintisi üçün isə 5 laridən 11 lariyə yüksələcək.
Qeyd edildiyi üzrə, rüsum artımı fərdi yaşayış evlərinin tikintisinə şamil edilmir.
“Bunun rüsum ödəyicisi üçün planlaşdırılmamış maliyyə xərclərinin artmasına səbəb olmamasını nəzərə alaraq, rüsumun məbləğinin mərhələli şəkildə artırılması planlaşdırılır, belə ki: 2023-cü ilin yanvarın 1-dən 6 lariyə, 2024-cü ilin yanvarın 1-dən – 8 lariyə, 2025-ci il yanvarın 1-dən isə 10 lariyə qədər. Kurort zonasında sənaye obyektinin tikintisinə görə rüsumun artırılmasına gəlincə, 2023-cü il yanvarın 1-dən 7 lariyə, 2024-cü il yanvarın 1-dən 9 lariyə və 2025-ci il yanvarın 1-dən isə 11 lariyə yüksələcək” -deyə Davit Sonğulaşvili bildirib.
Komitə qanunvericilik təşəbbüsünü dəstəkləyib. Məlumatı Gürcüstan parlamenti yayıb.