Şahidlər təsdiqlədilər ki, yoxlanış zamanı Giorgi Ruruanın avtomobilində odlu silah var idi
Şahidlər təsdiqlədilər ki, yoxlanış zamanı Giorgi Ruruanın avtomobilində odlu silah var idi

Tbilisi Şəhər Məhkəməsində Giorgi Ruruaya qarşı cinayət işi ilə bağılı əsas şahid olaraq, tədim edilən hüquqmühafizəçi təsdiqlədi ki, yoxlanış zamanı Giorgi Ruruanın üstündə odlu silah var idi.

Şahid Beka Maxaradze təsdiqlədi ki, Giorgi Ruruanın üstündəki odlu silahı şəxsən tapdı. Onun dediyinə görə, ruhsatsız silahla bağlı operativ məlumatı daha öncədən var idi və yoxlanış zamanı silah Ruruanın gödəkcəsinin içəri cibindən çıxardıldı.

Xatırladaq ki, “Mtavari” tele-kanalının təsisçi ortaqlarından biri olan Giorgi Rurua 2019-cu ilin, noyabrın 18-də həbs edildi.

Ona qarşı cinayət məcəlləsinin 236-cı maddəsi ilə cinayət işi qaldırıldı. Maddə ruhsatsız silahın saxlanılması-alınması və gəzdirilməsi qadağanını nəzərdə tutur.