Saqareconun meri silahlı hücum nəticəsində həlak olanların ailələrinin meriyadan 5000 larilik yardım alacağını açıqlayıb
Saqareconun meri silahlı hücum nəticəsində həlak olanların ailələrinin meriyadan 5000 larilik yardım alacağını açıqlayıb

 

Saqareconun meri Avtandil Qulikaşvili silahlı hücum nəticəsində həlak olanların ailələrinin meriyadan 5000 larilik yardım alacağını açıqlayıb. Bu barədə mer Gürcüstanın Birinci Kanalına açıqlayıb.

Bununla yanaşı, Avtandil Qulikaşvilinin qeyd etdiyi kimi, faciə zamanı xəsarət alan 5 nəfərin ümumi səhiyyə proqramı ilə yanaşı, reabilitasiya və müalicə xərcləri yerli munisipalitetin müştərək maliyyələşdirməsi hesabına qarşılanacaq.

Saqarecoda yanvarın 20-də binalardan birindən keçmiş hərbçi atəş açıb. Atışma nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Xəsarət alan bir nəfərin vəziyyəti hələ də ağırdır. O, Saqarecodakı “Geo Hospitals” klinikasının reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.