"Sadaxlo-avtomobil" gömrük buraxılış məntəqəsində deklarasiya olunmamış qiymətli daşlar və külli miqdarda qızıl məmulatlarının daxil edilməsi faktının qarşısı alındı
"Sadaxlo-avtomobil" gömrük buraxılış məntəqəsində deklarasiya olunmamış qiymətli daşlar və külli miqdarda qızıl məmulatlarının daxil edilməsi faktının qarşısı alındı

“Sadaxlo-avtomobil” gömrük buraxılış məntəqəsində qanun pozuntusunun qarşısı alındı. Məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayır.

İdarənin məlumatına görə, gömrükçülər tərəfindən Ermənistan vətəndaşı A.Ş.-ya məxsus fiziki və ona məxsus baqajın üzərində aparılan yoxlama nəticəsində şübhə əsasında bəyan edilməmiş mallar, o cümlədən külli miqdarda qızıl-zinət əşyaları, 2490 ədəd müxtəlif ölçülü qiymətli daşlar və mobil telefon aşkar edildi.

Gəlirlər Xidmətinin məlumatına görə, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 26561,18 lari təşkil etdi. İş materialları əlavə münasibətin verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərildi.