Saburtalo Rayonunda Platon İoseliani küçəsində yol işləri başa çatıb
Saburtalo Rayonunda Platon İoseliani küçəsində yol işləri başa çatıb

 
İnfrastruktur layihəsi çərçivəsində Saburtalo Rayonunda Platon İoseliani küçəsində yol işləri başa çatıb. Bu haqda məlumatı paytaxt meriyası yayır.

Onların verdiyi məlumata əsasən, 2900 kvadratmetr sahəyə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və panduslar təşkil olunub.

“Saburtalo Rayonunun icra başçısı Qizo Vasadze və majoritar deputat Avtandil Tsintsadze başa çatdırılmış işlərlə yerində tanış olublar. Sözügedən küçənin abadlaşdırılması üçün büdcədən 400 000 lari ayrılıb. İnfrastruktur layihəsini “L&L” şirkəti həyata keçirib” – Tbilisi Meriyasının məlumatında deyilir.

İoseliani küçəsində avtomobillərin hərəkəti tam bərpa olunub.