Sabiq müdafiə naziri Davit Tevzadze prezidentin müşaviri təyin edilib
Sabiq müdafiə naziri Davit Tevzadze prezidentin müşaviri təyin edilib

 

Sabiq müdafiə naziri Davit Tevzadze Gürcüstan prezidentinin strateji planlaşdırma məsələləri üzrə baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Prezident Administrasiyasının veb saytında da qeyd olunduğu üzrə, Davit Tevzadze 2022-ci il fevralın 21-dən strateji planlaşdırma üzrə baş məsləhətçi vəzifəsinə keçəcək.

Məlumat üçün bildirək ki, Davit Tevzadze 1949-cu ilin yanvarın 30-da Soxumidə anadan olub. O, 1998-2004-cü illərdə   Gürcüstanın müdafiə naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Milli Təhlükəsizlik Şurasının üzvü, 2004-cü ildə Gürcüstanın NATO-dakı səfiri olub. 2004-2005-ci illərdə strateji tədqiqatlar qrupuna rəhbərlik edib. 2004-cü ildən ehtiyata göndərilib. 2017-ci ildən Veteranların İşi üzrə Dövlət Xidmətinin direktorunun müşaviri vəzifəsində çalışır.