Sabiq həyat yoldaşına yönəlik zorakılıq törətməkdə ittiham olunan Nikoloz Basilaşvili barəsində girov hökmü verilib
Sabiq həyat yoldaşına yönəlik zorakılıq törətməkdə ittiham olunan Nikoloz Basilaşvili barəsində girov hökmü verilib

 

 

Tbilisi Şəhər Məhkəməsi  sabiq həyat yoldaşına yönəlik  zorakılıqda ittiham olunan  tenisçi Nikoloz Basilaşvili barəsində qətimkan tədbiri olaraq girov hökmü  verib.Bu barədə Tbilisi Şəhər Məhkəməsində Basilaşvilinin  vəkili,İrma Chkdadua bildirib.

Prokurorluq isə saxlanılmış şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsini tələb edirdi.

Tenisçi Nikoloz Basilaşvilini mayın 22-i saxlayıblar.Prokurorluqdan verilən məlumata görə,mayın 21-də Tbilisidə,Avchala yaşayış məntəqəsində ,Basilaşvili münaqişə zəminində ,sabiq həyat yoldaşına qarşı fiziki zorakılıq həyata keçirib.İşlə bağlı istintaq 126-cı prima maddənin 2-ci hissəsinin ″b″ alt bəndi ilə  aparılır.

Hazırladı-Sevinc Mustafayeva