Sabahdan Milli Bankın prezidenti vəzifəsini Arçil Mestvirişvili yerinə yetirəcək
Bu gün Koba Qvenetadzenin Milli Bankın prezidenti vəzifəsində sonuncu iş günüdür. Onun yeddi illik müddəti tükəndi və sabahdan Milli Bankın prezidenti vəzifəsini vitse-prezident, Arçil Mestvirişvili yerinə yetirəcək.
“Bu gün mənim Gürcüstan Milli Bankında yeddi illik prezidentliyimin sonuncu günüdür. Hamıya təşəkkürlər, kiminlə də bu çağırışlarla dolu müddətdə əməkdaşlıq edirdimsə. Milli Bankın yüksək peşəkar komandasına fəal və səmərəli əməkdaşlığa, dəstəyə görə xüsusi təşəkkürlər, hamıya uğurlar”, – Qvenetadze bəyan etdi.
Xatırladaq ki, Koba Qvenetadzenin 2 martda yeddi illik müddəti tükəndi. Mövcud qanuna əsasən, Milli Bankın İdarə Heyəti mövcud üzvlər arasından prezidentliyə namizədi seçir və təsdiq üçün Gürcüstan prezidentinə təqdim edir. Əgər şura namizəd üzrə razılaşa bilmədisə və ya prezident onlar tərəfindən təqdim olunan şəxsi təsdiq etmədisə, onda Milli Bank prezidenti vəzifəsini üç vitse-prezidentdən biri yerinə yetirməlidir.