Sabah parlamentin bürosunun iclası təyin olunub
Sabah parlamentin bürosunun iclası təyin olunub

 
Sabah, martın 2-nə parlamentin bürosunun iclası təyin olunub. “Vətəndaşlar” partiyası tərəfindən Levan İoselianinin xalq müdafiəçisi postuna namizədliyinin təqdim edilməsi məsələsi gündəmdə öz əksini tapıb.

Ombudsmanın namizədliyi müzakirə üçün İnsan Hüquqlarının Müdafiəsi Komitəsinə təqdim olunacaq. Namizəd məhz komitənin iclasında dinləniləcək.

Xalq müdafiəçisinin seçilməsi üçün 90 deputatın səsi lazımdır. Bu səsləri nəzərə alsaq, siyasi tərəflər arasında razılaşmaya ehtiyac var.