Sabah Gürcüstana Polşa prezidenti gələcək
Sabah Gürcüstana Polşa prezidenti gələcək

Mayın 26-27-də, Gürcüstana Polşa Respublikasının prezidenti Ancey Duda həyat yoldaşı ilə bərabər gələcək.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, sabah qonaq Azadlıq Meydanında, Gürcüstanın Müstəqillik gününə həsr olan tədbirdə nitqlə çıxış edəcək.

Ancey Duda müstəqillik gününə həsr olunan qala-konsertdə iştirak edəcək.

Mayın 27-də Polşa prezidenti Gürcüstanlı həmkarı Salome Zurabişvili ilə öncə üz-bə-üz, sonra isə geniş formatlı görüş keçirəcək.

Daha sonra Salome Zurabişvili və Ancey Duda birgə bəyanatlar verəcəklər.

Səfər çərçivəsində, Ancey Duda baş nazir İrakli Ğaribaşvili və parlamentin sədri Kaxa Kuçava ilə də görüşəcək.