Sabah, günün ikinci yarısından axşama doğru Qərbi Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə qar yağacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, noyabrın 23-də günün ikinci yarısından axşama doğru Qərbi Gürcüstanda yağış, yüksək dağlıq bölgələrdə qar yağacağı, bəzi yerlərdə güclü olacağı, qar uçqunu olacağı gözlənilir.
Sinoptiklərin verdiyi məlumata əsasən, gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.
Həmçinin, Gürcüstanın dağlıq və yüksək dağlıq bölgələrində gözlənilən güclü qar, uçqun təhlükəsi və görmə məsafəsinin pisləşməsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.