Saat 21:00-dan saat 05:00-a qədər hərəkətə olan məhdudiyyət qüvvədə qalır, Yeni İl və Milad istisnadır
Hökumət administrasiyasında keçirilən brifinqdə baş nazir müavini, Maya Tskitişvilinin bəyan etdiyinə görə, saat 21:00-dan saat 05:00-a qədər hərəkətə olan məhdudiyyət qüvvədə qalır.
İstisna Yeni İl gecəsi – 31 dekabr gecəsi və eləcə də Milad gecəsi – 6 yanvar gecəsi olacaq.
“Qeyd olunan istisnalara baxçayaraq, əhaliyə yenə də müraciət edirik ki, bayramları evlərində qeyd etsinlər”, – Maya Tskitişvili bəyan etdi.
Koordinasiya şurası bu gün qərar qəbul etdi ki, 24 dekabrdan 2 yanvar da daxil olmaqlda məhdudiyyətlərin yüngülləşdirilməsi tam həcmi ilə həyata keçirilməsin.