Saat 15:00-a olan məlumata görə, seçkilərdə seçici fəallığı 41,62 faiz təşkil edir
Saat 15:00-a olan məlumata görə, seçkilərdə seçici fəallığı 41,62 faiz təşkil edib, 1 milyon 454 min 837 seçici məntəqələrə gəlib. – Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayır.
Bölgələr üzrə faiz bölgüsü aşağıdakı kimidir: Sameqrelo-Zemo Svaneti – 40,46%; Tbilisi – 42,42%; Kaxeti – 42,58%; Mtsxeta-Mtianeti – 42,86%; Kvemo Kartli – 35,64%; Şida Kartli – 41,72%; Samtsxe-Cavaxeti – 43,42%; Raça Leçxumi – 54,17%; İmereti -42,79%; Quriya – 43,74%; Acara – 41,89%.
Bundan başqa, MSK-nın məlumatına görə, 2012-ci ildə parlament seçkilərində saat 15:00-a olan seçici fəallığı 44,99%, 2016-cı ildə 34,79%, 2020-ci ildə isə 36,45% olub.
Məlumat üçün bildirək ki, Gürcüstanda parlament seçkiləri keçirilir, oktyabrın 26-da keçiriləcək seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Bütün ölkə üzrə Gürcüstanda 3044 rayon açılıb, o cümlədən müstəsna hallarda yaradılan 13 rayon, onlardan 12-si penitensiar müəssisələrdə, biri isə psixi sağlamlıq mərkəzində yerləşir.