Saakaşvilinin tibb bacısı - Mixeil Saakaşvili son bir həftədir süni qidalanmaya, ona lazım olan dərmanların verilməsinə ehtiyac duyur, lakin imtina edir
Mixeil Saakaşvili son bir həftədir süni qidalanmaya, ona lazım olan dərmanların verilməsinə ehtiyac duyur, lakin bundan qəti şəkildə imtina edir -bu barədə məhkəmədə “Vivamed”in tibb bacısı, Saakaşvilinin şəxsi tibb bacısı Ketevan Ğvinianidze bildirib.
O, son vaxtlar Saakaşvilinin kəskin şəkildə arıqladığını, kifayət qədər qidalanmadığını bildirib. Tibb bacısının qeyd etdiyi kimi, o, Saakaşvilinin qidalanmadığını, yoxsa qidalana bilmədiyini deyə bilməz. Tibb bacısı inamsızlıq səbəbindən “Vivamed”in işçilərinin son bir aydır Saakaşviliyə yemək aparmadıqlarını qeyd edib.
“Mixeil Saakaşvili ilə çox yaxşı münasibətimiz var, o, mənə çox güvənir, axırıncı yemək məsələsindən başqa heç nədən imtina etmir. Mənə yönəlik aqressiyası olmayıb. O, tam şəkildə qidalanmır, fakt budur ki, insan arıqlayır, zəifdir. Sistemi mən qoşuram, son bir həftədə ehtiyacı olan süni qidalanmadan başqa, imtina etməyib. Onun imtina etmək hüququ var. Niyə imtina etdiyini bilmirəm. Şüursuz vəziyyətdə deyil və deməlidir. Bir ay əvvəl inamsızlıq səbəbindən elə oldu ki, artıq (yemək) gətirmirəm, valideyninin gətirməsinə üstünlük verdik. Bu, zəhərlənmədən sonra baş verib. Mən 24 saatlıq rejimdə işləyəsi oluram və müşaiətçi məni növbəmdə çağırdı, səs-küyü eşidib, diqqətlidirlər. İçəri girdim və onu dizi üstə yıxılmış vəziyyətdə gördüm. Özündən getdiyini gözlərimlə görməmişəm. Biz onu ayağa qaldırdıq və müvafiq tibbi yardım göstərdik. O, dizləri üstə düşmüş və əllərinə söykənmişdi. Sanitar qovşağa getdiyini, başının gicəlləndiyini və ağlına ona söykənmək gəldiyini söylədi. Son zamanlar köməkçi konstruksiya ilə hərəkət edir. Sonda, araba ilə mən onu sanitar qovşağa apardım. Geyinmək, çimmək, saqqalını qırxmaq ilk vaxtlar çətin deyildi. Son iki aydır geyinərkən, qolunu qaldırarkən çətinlik çəkir, biz ona kömək edirik. Başının gicəlləndiyini və yıxıldığını deyir, biz bunu görməmişik” – deyə Saakaşvilinin şəxsi tibb bacısı Ketevan Ğvinianidze açıqlayıb.