Saakaşvili Ukraynada bugün Maydan hadisələri ilə bağlı sorğuya çəkiməli idi
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bugün 2014-cü ilin fevral ayında Ukraynada, Maydanda aktivistlərin güllələnməsi ilə bağlı Kiyev Rayon Məhkəməsi tərəfindən sorğuya çəkilməli idi.
Bu barədə məlumatı Avromaydanın aktivistlərinin vəkili Yevgeniya Zakrevskaya öz Facebook səhifısində yayıb.
Vəkilin dediyinə görə, ehtimala görə, Saakaşvili də gürcü snaiperlərinin versiyasını təsdiqləyəcəkdi.
“Onun ifadəsində bəlli olacaqdı Berkutların şahadlarının versiyasına inanmaq olardı ya yox” – yazır vəkil.
Bununla yanaşı, Ukrayna Baş Prokurorluğunun xüsusi istintaq departamentinin rəhbəri Segey Qorbatyuk qeyd etdi ki, Mixail Saakaşvilinin sorğuda olmaması istintaqa zərər verir.
Onun dediyinə görə, Saakaşvilinin ölkədən qovalanması haqqında qərar verən şəxslər bunu bilib, nəzərə almalı ididlər.
Ancaq, Saakaşvilinin təcili şəkildə ölkədən qovalanması faktının istintaqla bağlı olub-olmadığı haqqında Qorbatyuk bilmir.
“Bir-iki gün gözləsələr nə olardı ki?” – Təəcüblənir Qorbatyuk.