Saakaşvili Kiyevdəki evinin damına çıxıb, hüquq-mühafzəçiləri oradan atlamaqla təhdid edir.
Bu barədə məlumatı Birinci Kanalın hadisə yerində olan jurnalisti verir.
Ukraynada, Gürcüstanın sabiq prezidentinin evinin yanında xüsusi təyinatlılar səfərbər olunublar. Oraya Saakaşvilinin tərəfdarları da yığılıblar.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Saakaşvilinin evində yoxlanış keçirilir.
Gürcüstanın sabiq baş prokuroru və Saakaşvilinin həm-partiyalısı olan David Sakvarelidze isə, medyaya bildirib ki, hüquqmühafizəçilər Saakaşvilinin evinə qapıyı qırıb giriblər.
Dama çıxan sabiq prezident, oradan öz tərəfdarlarına müraciət etdi ki, bacardıqları qədər çox sayda yığılsınlar.
Saakaşvili deyir ki, Ukrayna hüquq-mühafizəçiləri onu həbs edib, Gürcüstana vermək istəyirlər.
“Onlar məni həbs edib, “Qazpromun” aksionerinə vermək istəyirlər. Tərəfdarlarıma müraciət edirəm ki, buna icazə verməsinlər” – dedi Saakaşvili.