Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin vəkili Ruslan Çernolutskinin bəyanatına görə, Saakaşvili öz həyat yoldaşı Sandra Rulovsdan onun baş spikeri olmasını xahiş etdi.
“Mixeil Saakaşvili həyat yoldaşından xahiş etdi ki, onun baş spikeri olsun və hüquqlarını qorusun. Düşünürəm ki, onun həyat yoldaşı ilə birlikdə, onun mövqeyini artıq təcridxanadan təqdim edəcəyik” – dedi Ruslan Çernolutski.
Vəkilin dediyinə görə, Saakaşvili müddətsiz açlıq elan edib.