Saakaşvili - Dünən Maydanı gördünüzmü? Tbilisidə bu qədər insan hərşeyi dəyişdirə bilərdi
Birinci Kanalın jurnalisti Quram Roqava, məhkəmə zalında Mixail Saakaşviliyiə bir neçə sual ilə müraciət etdi. Gürcü izləyicilərinizə nə deyərdiniz? Necə düşünürsünüz, sizin Gürcüstana ekstradisiyasınız gerçəkləşəcək mi? Siz dediniz ki, məhbus deyil, hərbi əsirsiniz. Əgər elədisə, kimin əsirisiniz?
Saakaşvili bu suallara belə cavab verdi:
“Oğlumun Facebookda yazdığı sözləri deyərdim ki, “onlar elə bilirlər ki, Mişayı məğlub etdilər, halbuki onların sonu yeni başlayır. Bundan daha yaxşı sözlər deyə bilmərəm. Afərin mənim Nikuşama.
Dünən Maydanı gördünüzmü? Tbilisidə bu qədər insan yığılsa, hərşeyi dəyişə bilərdilər.
Mən Vladimir Putinin və Ukraynalı oliqarxlarının əsiriyəm” – dedi Saakşvili.
Odessanın sabiq qubernatoruna veriləcək cəza tədbiri məhkəmədə iki saatdır müzakirə edilir.
Məhkəmə prosesində Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs, Yuliya Timoşenko ilə bərabər iştirak edir.