Saakaşvili - Banditlərdən başqa kimsə şəxsi həyat haqqında kompromatlar yığmaz
Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin dediyinə görə, Ukraynanın baş prokuroru Yuri Lutsenko, onun haqqında şəxsi həyatı ilə bağlı kompromatlar yığmaq əmrini verib.
“Şəxsi həyat haqqında kompromatları banditlərdən başqa kimsə yığmaz” – dedi Saakaşvili Kiyevin Appelyasiya Məhkəməsində jurnalistlərlə söhbət edərkən.
Saakaşvilinin dediyinə görə, Ukrayna xalqı hazırki iqtidarı sülh yolu ilə istefaya göndərəcək.